TARİXDƏ BU GÜN - 15 FEVRAL

TARİXDƏ BU GÜN - 15 FEVRAL 1989-cu il. Sovet İttifaqı bütün qoşunlarının Əfqanıstandan çıxarıldığını rəsmən elan edib. Bununla da 1979-cu ilin dekabrından davam edən qanlı sovet-əfqan müharibəsi başa çatıb.
TARİXDƏ BU GÜN - 15 FEVRAL
1564-cü il. İtalyan alimi, mexaniki, fiziki, astronomu, riyaziyyatçısı, müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biri olan Qalileo Qaliley anadan olub (1564-1642). Q.Qalileyin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
TARİXDƏ BU GÜN - 15 FEVRAL
1991-ci il. Çexoslovakiya, Macarıstan və Polşa arasında azad bazar sisteminin qurulması istiqamətində əməkdaşlığa dair Vişeqrad müqaviləsi imzalanıb. Hazırda Vişeqrad qrupuna Çexiya, Slovakiya, Macarıstan və Polşa daxildir.
TARİXDƏ BU GÜN - 15 FEVRAL
1999-cu il. Keniyanın paytaxtı Nayrobidə yaxalanan PKK terror təşkilatının lideri Abdullah Öcalan Türkiyə təhlükəsizlik qüvvələrinə təhvil verilərək ölkəyə gətirilib. A.Öcalan məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.
TARİXDƏ BU GÜN - 15 FEVRAL
2010-cu il. Belçika tarixində ən dəhşətli qatar qəzası baş verib. Ümumilikdə 300-dək sərnişin daşıyan iki qatarın toqquşması nəticəsində 18 nəfər həlak olub, 162 nəfər yaralanıb.
TARİXDƏ BU GÜN - 15 FEVRAL
2013-cü il. Rusiyanın bir neçə bölgəsində meteorit düşməsi baş verib. Meteoritin zərbə dalğası bir neçə binanın şüşələrini sındırıb. Ümumilikdə mindən çox adam xəsarət alıb.

Təhsil-press.az

Oxşar xəbərlər