Şimali Koreya əlində olan amerikalıları “müharibə əsiri” elan edib

Şimali Koreya əlində olan amerikalıları “müharibə əsiri” elan edib ABŞ-ın Şimali Koreya lideri Kim Çen Ina ilk dəfə sanksiya tətbiq etmək qərarı verməsindən sonra Pyonqyanq rəhbərliyi Vaşinqtonla bütün əlaqələrini kəsib, ölkədə həbsdə olan iki ABŞ vətəndaşını isə “müharibə əsiri” elan edib.

Şimali Koreya bundan sonra ABŞ-la münasibətlərdə müharibə qanunlarının tətbiq olunacağını da deyib. Pyonqyanq həmçinin ABŞ və Şimali Koreya arasındakı yeganə diplomatik təmas nöqtəsi olan Birləşmiş Millətlər Təşkilatının (BMT) rabitə kanalını da kəsəcəyini açıqlayıb.
Hazırda Şimali Koreyada iki amerikalı əsir olduğu bildirilir. Bunlardan biri şüar səsləndirdiyi üçün 15 il həbsə məhkum edilib.O, Virciniya Universitetinin tələbəsidir. Digəri isə casusluq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib. O, Cənubi Koreya və Amerika vətəndaşı Kim Donq Culdur.
Şimali Koreyanın amerikalılarla necə davranacağı məlum deyil.


Tehsil-press.az

Oxşar xəbərlər