TARİXDƏ BU GÜN - 16 FEVRAL

TARİXDƏ BU GÜN - 16 FEVRAL 1873-cü il. Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, ilk ali təhsilli azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun doğum günüdür (1873-1925). O, 1902-ci ildə Peterburq mülki mühəndislər institutunu bitirib. 1918-1922-ci illərdə Bakının baş memarı olub. Bakıdakı Təzəpir məscidi, Əmircandakı Murtuza Muxtarov məscidi, Şamaxıda Cümə məscidi, Bakı və Şamaxıda məktəb, xəstəxana, bir sıra yaşayış evləri onun layihələri əsasında ucaldılıb.
TARİXDƏ BU GÜN - 16 FEVRAL
1945–ci il. Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabski vəfat edib (1879 - 1945). "Leyli və Məcnun" operasında Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.

Tehsil-press.az

Oxşar xəbərlər