NATO-nun Baltik respublikalarında yerləşdirilmiş hərbi qulluqçuları Rusiyanın hücumuna məruz qalacaq və onlara qarşı “geniş çeşiddə” alətlərdən istifadə ediləcək. Bura kibercasusluq yolu ilə şantaj və seks-tələ qurulması da daxildir.
Tehsil-press.az xəbər verir ki, bu barədə Estoniyanın İnformasiya Departamentinin (kəşfiyyat strukturu) rəhbəri Mikk Marran “The Times”ə müsahibəsində deyib.
Söhət NATO-nun Rusiya təhdidinə qarşı Baltik ölkələrində yerləşdirilmiş batalyonunun hərbçilərindən gedir. Marran deyib ki, Moskva öz KİV-ləri vasitəsilə feyk-xəbərlər yaymaqla əhalini NATO əsgərlərinə qarşı qaldırmağa çalışacaq. Kəşfiyyat rəhbəri yaxın günlərdə Estoniyaya göndəriləcək 800-ə qədər Britaniya əsgərinin bu təhlükələrə qarşı hazır olmasını istəyib. Marran bildirib ki, Moskva onlara qarşı seks-tələlər quraraq nüfuzdan salmağa, şantaj etməyə çalışacaq, britaniyalı əsgərləri xuliqan kimi təqdim edəcək, sosial şəbəkələrdə saxta hesablardan onlara qarşı təbliğat aparacaq.
“Bundan əlavə kibercasusluq yolu ilə hərbçilərə aid məlumatların ələ keçirilməsi və onların şantaj edilməsi də mümkündür”-Marran bildirib.
Tehsil-press.az