"Mehriban Əliyeva ölkədə belə də ikinci şəxs idi. Prezident Əliyevin qərarı məntiqli kimi qəbul edilib. Axı birinci xanım ölkənin siyasi həyatında onsuz da fəal iştirak edir. O əhəmiyyətli idarəçilik təcrübəsinə malikdir, cəmiyyətdə onun nüfuzu şəksizdir. Gözəl xanım Mehriban Əliyeva belə bir stereotipi müvəffəqiyyətlə təkzib edir ki, Şərq ölkələrində siyasət yalnız kişi işidir".
Təhsil-press.az bildirir ki, bunları “Vesti nedeli” proqramının həftənin bazar günü efirə gedən yekun verilişində proqramın aparıcısı, məşhur Rusiya telejurnalisti Dmitri Kiselyov Azərbaycan prezidenti İlham Əliyevin Mehriban Əliyevanın ölkənin birinci vitse-prezidenti postuna təyin olunması barədə fərmanını şərh edərək deyib.
Mehriban Əliyeva Rusiya jurnalistinin suallarına cavab verib.
O bildirib ki, prezident İ.Əliyevin yalnız xanımı deyil, həm də silahdaşıdır.
Jurnalist M.Əliyevadan soruşur: "Siz dərhal razılaşdınız?"
M.Əliyeva cavab verir: "Bu təklifi uzun müddət idi müzakirə edir, ölçüb-biçirdilər. O mənada ki, mən üzərimə qoyulan məsələnin öhdəsindən necə gələcəyəm. Mən tamamilə əminəm ki, dövlət siyasəti məsələləri ilə bağlı həyat yoldaşımın istənilən təklifi mənim fikrimlə uyğun gələcək. Mən İlham Əliyevi yaxşı tanıyıram, bilirəm ki, mütləq mənə kömək edəcək və əgər məndə hansısa bir şübhələr yaranacaqsa – düzgün yol göstərəcək", - sitatın sonu.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd edir ki, bu vəzifədə ölkədə sosial problemlərin həlli ilə məşğul olacaq.
M.Əliyeva ilə müsahibəni verilişin 1 saat 16-cı saniyəsindən izləyə bilərsiniz.
Təhsil-press.az