Özbəkistanlı Nargiza Jakbarova Azərbaycan Dillər Universitetini seçdiyinə görə məmnundur
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) dünyanın müxtəlif ölkələrindən olan tələbələr ali təhsil alır. Təhsil almaq üçün ADU-ya üz tutan tələbələrin arasında Özbəkistan vətəndaşı olan Nargiza Jakbarova da var.
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasında təhsil alan N.Jakbarova 7 iyul 1995-ci ildə Özbəkistan Respublikasında dünyaya göz açıb. Hələ 8-9 yaşında ikən Özbəkistanın televiziya kanallarında yayımlanan “Arşın mal alan”, “Qayınana” kimi filmlərimizi maraqla izləyən, Azərbaycanın bütün dünyada məşhur sənətkarı Zeynəb Xanlarovanın mahnılarını sevərək dinləyən tələbəmizin Azərbaycana xüsusi simpatiyası formalaşıb. Ölkəmizə yaranan bu sevgi, xalqımızın səmimiliyi, mədəni və qonaqpərvər olması N.Jakbarovanın Azərbaycan cəmiyyətinə uyğunlaşmasında müsbət rol oynayıb: “Azərbaycan xalqı səmimi, mədəni və qonaqpərvərdir. Bu ölkənin iqtisadi inkişafı və idman sahəsindəki nailiyyətləri, qədim tarixi, zəngin mətbəxi hər bir ölkəyə məlumdur. Burada yaşamaq, insanlarla qaynayıb-qarışmaq heç də çətin deyil. Özbəkistanla Azərbaycanın münasibətlərinə gəlincə isə, deyə bilərəm ki, bu əlaqələr dostluq-qardaşlıq üzərində qurulub. Bu xalqları yaxın milli adət-ənənələr, ümumi dil qrupu və mədəniyyət birləşdirir. Hazırda Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Azərbaycan və Özbəkistan xalqlarının görkəmli şair və yazıçılarının, ölməz əsərləri ilə yadda qalan Əlişir Nəvai, Nizami Gəncəvi və başqalarının yaratdığı əsərlər dünya sivilizasiyasının inciləri, dəyərli sərvətləridir. Elə bunun nəticəsidir ki, Bakıda Əlişir Nəvai, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılıb”.
N.Jakbarova ADU-nu seçməsindən məmnundur: “Təhsil aldığım Dillər Universitetində dərslər yüksək səviyyədə keçirilir. Həm müəllimlərin tədris etdiyi dərsdən, həm də rəhbərliyin tələbələrə göstərdiyi qayğıdan çox məmnunam”.
N.Jakbarovanın maraq dairəsinə mütaliə etmək və idmanla məşğul olmaq daxildir. Mübaliğəsiz deyə bilərik ki, tələbəmiz həm zehni, həm də fiziki idmanla məşğul olaraq özünü inkişaf etdirir. Məlumat üçün qeyd edək ki, N.Jakbarova Karate-do-nun WKC (World Karate
Confederation) növü ilə məşğul olur. Bu idman növü üzrə I dan qara kəmər sahibi olan tələbəmiz respublika çempionu və Dünya kubokunun sahibidir.

ADU-nun Mətbuat Xidməti