Azərbaycan Dillər Universitetində "İpək Yolu üzərində ədəbi əlaqələr" mövzusunda ədəbi-bədii gecə keçirildi

Azərbaycan Dillər Universitetində Sentyabr 14-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Konfutsi İnstitutunun təşkilatçılığı ilə görkəmli Çin yazıçı-publisist, müasir Çin ədəbiyyatının banisi Lu Sinin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş "İpək Yolu üzərində ədəbi əlaqələr" mövzusunda ədəbi-bədii gecə keçirildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan tərəfindən ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Böyük İpək Yolu üzərində mədəni mübadilədə milli ədəbiyyatların qarşılıqlı təsirinin mütərəqqi rolundan danışaraq Azərbaycan ictimaiyyətinin Çin ədəbiyyatına olan böyük marağını xüsusi vurğuladı. O, həmçinin Lu Sinin bir neçə hekayələr toplusunun Azərbaycan dilində nəşr edildiyini dedi.
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, o cümlədən müəllimlər Azərbaycan-Çin ədəbi əlaqələrinin tarixi, Azərbaycan yazıçılarının yaradıcılığında Çin motivləri, məşhur Çin yazıçısı Lu Sinin həyat və yaradıcılığı haqqında danışdılar.
Tədbirdə, həmçinin Lu Sinin ən məşhur əsərlərindən parçalar, onun müəllifi olduğu hekayənin motivləri əsasında çəkilən “Əsl hekayə A-Kyu” bədii filmi nümayiş olundu.
Tədbirdə Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyasının "Bir kəmər, bir yol" (Böyük İpək Yolu) mərkəzinin direktoru cənab Süy iştirak edirdi.

ADU-nun Mətbuat Xidməti



Azərbaycan Dillər Universitetində "İpək Yolu üzərində ədəbi əlaqələr" mövzusunda ədəbi-bədii gecə keçirildi

Oxşar xəbərlər