“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti Təhsil Nazirliyində

“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti Təhsil Nazirliyində Təhsil naziri Mikayıl Cabbarov ABŞ-da fəaliyyət göstərən “Salaam Şalom Qardaşlığı” qeyri-hökumət təşkilatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar, Azərbaycanın təhsil sahəsində gender bərabərliyi, dinlərarası dialoq, tolerantlıq və multikulturalizm haqqında məlumat verilib. Həmçinin qonaqların sualları cavablandırılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, “Salaam Şalom Qardaşlığı” təşkilatı yəhudi və müsəlman qadınlardan ibarətdir. Təşkilatın əsas məqsədlərindən biri antisemitizm və islamofobiyaya qarşı mübarizədir.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti


“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti Təhsil Nazirliyində

Oxşar xəbərlər