UNEC ilə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC ilə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Süleyman Dəmirəl Universitetində (SDU) səfərdə olub. Dörd gün davam edən səfərin məqsədi iki universitet arasında əməkdaşlığın genişləndirilməsidir.
SDU-nun rektoru, professor İlker Hüseyin Çarıkçı ilə keçirilən görüşdə Ə.Muradov UNEC-də fəaliyyət göstərən türk dünyası işlətmə fakültəsinin işinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bu istiqamətdə birgə fəaliyyətlə bağlı görüləcək işlər müzakirə edilib. Görüşdə, həmçinin iki universitet arasında ikili diplom layihəsinin reallaşdırılması ilə bağlı ilkin razılıq əldə olunub.
Nümayəndə heyətinə SDU-da distant təhsilin reallaşdırılması sahəsində əldə edilən uğurlar barədə ətraflı məlumat verilib. SDU-nun Türkiyədə bu sahədə böyük təcrübəyə, həmçinin zəngin maddi-texniki bazaya malik olduğu diqqətə çatdırılıb, prosesin texniki tərəfləri praktik nümunələrlə təqdim edilib. Nümayəndə heyəti, həmçinin SDU-da katiblik işinin təşkili, iş prinsipi və digər strukturlarla qarşılıqlı fəaliyyəti ilə maraqlanıb.
Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti SDU-da təşkil olunan “Müstəqilliyin 25-ci ilində Azərbaycan” mövzusunda konfransda da çıxış edib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər