Şəmkirdə qonşu qonşunu döydü

Şəmkirdə qonşu qonşunu döydü Şəmkir rayon sakini qonşusu tərəfindən döyülüb.

Tehsil-press.az xəbər verir ki, rayonun Keçili kənd sakini, 1958-ci il təvəllüdlü Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sol qabırğaların sınığı diaqnozu qoyulan Ə. Süleymanova dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 58 yaşlı kişi mübahisə zəminində qonşusu tərəfindən döyülüb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər