General Levon Mnatsakanyan təmas xəttində yaralanıb?

General Levon Mnatsakanyan təmas xəttində yaralanıb? Qondarma “DQR”in “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.

Təhsil-press.az xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin “DQR müdafiə nazirliyi”nin nümayəndəsi Senor Həsrətyan “Novosti Armeniya” agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, “dezinformasiya” adlandırıb.

General Levon Mnatsakanyan təmas xəttində yaralanıb?

Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, “Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan” hərbçiləri mükafatlandırıb.

Təhsil-press.az

Oxşar xəbərlər