Sərkisyan Füzulidə, Lələtəpə istiqamətində

Sərkisyan Füzulidə, Lələtəpə istiqamətində Son məlumata görə bu gün Qarabağa gələn Ermənistan prezidenti Serj Sərkisyan birbaşa təmas xəttinə yola düşüb və cəbhənin cənub istiqamətinə (Füzuli-Cəbrayıl) gəlib.

Sərkisyan orada erməni qüvvələrinin yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyəti müzkirə edib.
Xatırladaq ki, aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin cənub istiqamətində də düşmənin müdafiə xəttini yararaq onu geri oturdub, stratji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad edib.

* * *21:41

Ermənistan prezidenti Serj Sərkisyan bu gün günün ikinci yarısında Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və çatan kimi təmas xəttinə yola düşüb.
virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyanın təmas xəttinin hansı istiqamətində olduğu açıqlanmır. Qondarma Qarabağ erməni rejiminin təmsilçisi David Babayan deyib ki, Sərkisyan sabah da bəzi tədbirlərdə iştirak edəcək. Və səfər haqda daha sonra açıqlama veriləcək. Bununla belə Babayan bu səfərin prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı olmadığını, "ümumi xarakter daşıdığını" deyib.

* * *15:17

Ermənistan prezidentinin mətbuat xidməti Serj Sərkisyanın bu gün Qarabağa yola düşdüyünü təsdiqləyib. Erməni KİV-lərinin xəbərlərinə görə Sərkisyanın səfəri “işçi” xarakteri daşıyır, lakin onun işğal altındakı Azərbaycan ərazilərinə hansı məqsədlə yola düşdüyü göstərilmir.

* * *14:41

Ermənistan prezidenti Serj Sərkisyan bu gün iyunun 22-də Dağlıq Qarabağa gələcək. Virtualaz.org xəbər verir ki, bu haqda “İnterfaks” diplomatik mənbəyə istinadən bildirir. Mənbə deyib ki, Sərkisyan tanınmayan “DQR”in rəhbərliyi ilə görüşəcək və işğal altındakı ərazilərin rayonlarına baş çəkəcək.
Tehsil-press.az ehtimal edir ki, Sərkisyanın prezidentlərin Sankt-Peterburq görüşünün ardınca Qarabağa gəlməsi orada müzakirə edilən məsələlərlə bağlı qondarma “DQR” rəhbərliyini məlumatlandırmaq, habelə Putinin vasitəçiliyi ilə müzakirə edilən sülh planına dair məqamları yerində araşdırmaq məqsədi daşıya bilər.
Bundan əvvəl Azərbaycan prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Sankt-Peterburqda prezidentlərin münaqişənin mərhələli həlli istiqamətində irəliləmək barədə razılığa gəldiklərini açıqlamışdı.


Tehsil-press.az

Oxşar xəbərlər