CNN Money: Azərbaycan dünyanın ən məhşur turizm məkanlarından biridir

CNN Money: Azərbaycan dünyanın ən məhşur turizm məkanlarından biridir Azərbaycan dünyanın ən məhşur turizm məkanlarından biridir. Trend-in məlumatına görə, bu barədə nüfuzlu CNN Money nəşriyyatı öz məqaləsində yazıb.

Dünya turizm və səyahətlər şurasının (WTTC) araşdırmalar üzrə direktoru Roşel Törner bildirib ki, Azərbaycanda ötən illər ərzində xarici turistlər 4.6 milyard manat (2,7 milyard dollar) xərcləyiblər.
Onun sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və neftin qiymətlərindən asılılığın azaldılması ölkədə turizmin inkişafına kömək edir.
"Azərbaycan infrastrukturun inkişafına böyük vəsaitlər ayırır və əcnəbilər üçün viza almaq prosedurunu sadələşdirir", - deyə Roşel Törner bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər