Novruz bayramını Budapeştdə yaşayan soydaşlarımız da qeyd ediblər

Novruz bayramını Budapeştdə yaşayan soydaşlarımız da qeyd ediblər Azərbaycanın Macarıstandakı səfirliyi Novruz bayramı münasibətilə bayram tədbiri təşkil edib.

Tədbirdə səfirliyin əməkdaşları, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Səfirliyin müşaviri Qalib Həsənov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın adət-ənənələrindən danışıb.
Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan söz açan Q.Həsənov xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasını müsbət hal kimi qiymətləndirib. Belə ki, Macarıstanda tələbələrimiz də ölkəmizin sürətli inkişafının, zəngin mədəni irsinin və əldə etdiyi nailiyyətlərin təbliği istiqamətində fəallıq göstərir, önəmli təşəbbüslər həyata keçirirlər.
Q.Həsənov xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi tərəfindən martın 21-nin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışıb.
Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət zəngin süfrə açılıb. Sonda səfirliyin həyətində Novruz tonqalı qalanıb.

Təhsil-press.az

Oxşar xəbərlər