İstanbulda yaşayan soydaşlarımız Novruz bayramında bir araya gəliblər

İstanbulda yaşayan soydaşlarımız Novruz bayramında bir araya gəliblər İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) Novruz bayramı münasibətilə tədbir keçirib.

Tədbirdə İstanbulda yaşayan və işləyən azərbaycanlılar, Azərbaycan əsilli Türkiyə vətəndaşları, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə İSTAD-ın fəaliyyətinə dair fraqmentləri əks etdirən videoçarx nümayiş olunub.
Sonra Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib.
Ölkələrimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Seymur İlyasov, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, İstanbul Üsküdar rayon bələdiyyəsinin sədr müavini Zəki Bıyık və tanınmış yazıçı Mətin Yıldırım çıxış ediblər. Çıxışlarda Novruzun tarixindən, türk xalqlarının bu bayramı günümüzə qədər yaşatmasından və adət-ənənələrimizdən söz açılıb. Azərbaycan və Türkiyədə aparılan milli-azadlıq mücadilələrindən iftixarla bəhs olunub.
Sonra Novruz adətlərinə uyğun olaraq salondakı insanlar bayramlaşıblar.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.

Təhsil-press.az

Oxşar xəbərlər