Novruz bayramı Sibirdə, Ön Asiyada, Misirdə və digər Şimali Afrika ölkələrində, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Moldovaya, Çindən Şimali Rusiyaya və Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada qeyd olunur.
Təhsil-press.az-ın məlumatına görə, bu barədə azərbaycanlı alim - Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri Prof.Dr. Seyfəddin Rzasoy Novruz bayramı haqqında Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan “Focus” İnformasiya Agentliyinə müsahibəsində deyib.
Alim bildirib ki, xalqımızın ən qədim bayramlarından olan Novruz bayramının mahiyyəti barədə danışan alim onu müxtəlif etnosları, xalqları, etnik qrupları, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya yaradan və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsi olaraq xarakterizə edib. O, Novruz bayramının öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramı olduğunu vurğulayıb.
Bu bayramın əsasında təbiətin zamanla dəyişməsi (qışın yazla) ritminin durduğunu ifadə edən elm xadimi insanın da təbiətin bu ritminə kökləndiyini, məhz bu səbəbdən onu «Novruz» – «Yeni gün» adlandırdığını bildirib. Novruz bayramının fəlsəfi və sosial-psixoloji mahiyyətinə toxunan professor bu bayramı varlığın yenidən yaradılması haqqında ilkin fəlsəfi-mifoloji təsəvvürlərin ritual təcəssümü kimi xarakterizə edib.
"Novruz bayramı, onu təşkil edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır" - deyən alim bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranmasının əsas şərt olduğunu, ziddiyyətdə, konfliktdə olan insan, qonşu, ailələrin hökmən barışmalı olduğunu, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyasının durduğunu vurğulayıb.
Bayramın qeyd olunma arealı haqqında da məlumat verən S.Rzasoy Novruzun bir sıra xalqların ortaq bayramı olduğunu, Avropa, Asiya və Şimali Afrikada müxtəlif xalqlar tərəfindən qeyd olunduğunu bildirib. O, Novruz bayramının Sibirdə, Ön Asiyada, Misirdə və digər Şimali Afrika ölkələrində, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Moldovaya, Çindən Şimali Rusiyaya və Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada qeyd olunduğunu ifadə edib.
Daha sonra Azərbaycan xalqının adət-ənənələrində, folklorunda Novruz bayramının əlamətlərindən danışan alim dünyada 50 milyondan artıq azərbaycanlı tərəfindən hər il qeyd olunan Novruz bayramının çox zəngin ənənələrə malik olduğunu, Azərbaycanda da Novruz bayramı kompleksində ümumşərq Novruzunun atributlarının müşahidə olunduğu bildirib. Ardınca xalqımızın özünə məxsus olan qədim ənənələri Azərbaycan Novruzu üçün xüsusi yer tutduğunu ifadə edən alim dörd çərşənbə və Novruz bayramı gününü xüsusilə vurğulayıb.
Dörd çərşənbənin hər birinin xalq arasında fərqli adları olduğunu, şərq fəlsəfəsində onların həm də dünyanın yaradılışının dörd ünsürü (su, od, torpaq və hava) ilə əlaqələndirildiyini qeyd edən professor Azərbaycan mifik inanclarına görə, Novruzun ağsaçlı bir kişi olduğunu və hər çərşənbədə gələrək bir ünsürü (torpağı, suyu, odu, ağacı) oyatdığını söyləyib.
Azərbaycan Novruzunun od və su ilə yanaşı, əsas atributlarından birinin ağac-bitki ünsürü olduğunu söyləyən elm xadimi bolluq və bərəkətin rəmzi olan səməninin Novruzun ayrılmaz atributu olduğunu, hər bir evdə, hər bir süfrədə səməni olduğunu vurğulayıb.
Axır çərşənbədə süfrənin xüsusi məna daşıdığını, burada 7 növ ərzağın hökmən olmalı olduğunu ifadə edən alim çərşənbə süfrəsinə yeddi növ ərzağın qoyulmasının həmin ailənin təzə ilə tam, bütöv halda, zədəsiz keçə bildiyini göstərdiyini vurğulyıb.
Azərbaycan Novruzunun sosial harmoniya və sülh bayramı kimi əsas xüsusiyyətlərindən birinin cəmiyyətdəki küsülülərin barışdırılması olduğunu ifadə edən S.Rzasoy il ərzində küsənlərin Novruza qədər hökmən barışırdırılmalı olduğunu, əgər onlar barışdırılmasa, 7 il küsülü qalacaqlarına inanıldığını ifadə edib.
Sonda Novruz gününün yeni ilin birinci günü olduğunu söyləyən alim bu gündə artıq köhnə ilin yola salındığını, bütün insanların çöllərə, küçələrə, meydanlara çıxaraq bayramı kütləvi şəkildə qeyd etdiklərini, müxtəlif idman yarışlarının təşkil olunduğunu, insanlar yumurta döyüşdürüb şənləndiklərini qeyd edib.
Təhsil-press.az