Suriyada yüzlərlə insan koalisiya güclərinin zərbələrinin qurbanı olub

Suriyada yüzlərlə insan koalisiya güclərinin zərbələrinin qurbanı olub Suriyada Rakka şəhərinin yaxınlığında yerləşən köhnə məktəb binalarından birinə ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri tərəfindən endirilən aviazərbələr nəticəsində yüzlərlə dinc sakin həlak olub.

Təhsil-press.az-ın məlumatına görə, Anadolu agentliyi yerli mənbələrə istinadən xəbər verib ki, aviazərbələr qaçqınların olduğu köhnə məktəb binasına endirilib.
Mənbələrin məlumatına görə, zərbə məktəb binasına martın 20-də endirilib. 50 ailənin aviazərbələrin altında qaldığı bildirilir. Məlumata görə, ölənlərin arasında qadınlar və uşaqlar da var.

Təhsil-press.az

Oxşar xəbərlər