Putin Frans-İosif Torpağında buz qırdı

Putin Frans-İosif Torpağında buz qırdı Rusiya prezidenti Vladimir Putin Frans-İosif Torpağı arxipelaqına səfərizamanı buzqıranla buz qırıb.

Təhsil-press.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin buzlaqdan bir neçə parça buz qoparıb. Səfər zamanı prezidentə buz mağarasını göstəriblər. Orada alilər əbədi buzlaşmanı öyrənirlər. Putin həmin mağaradan qırdığı bir neçə parça buzu almlərə verib.Alimlər buzların içərisindəki hava qabarcıqlarının köməyi ilə bir neçə yüz il əvvəl bu yerlərdə baş verən təbii prosesləri araşdırırlar. Putin buz qırdıqdan sonra mağarada gəzintisini davam etdirib.
Frans-İosif Torpağı Arxangelsk vilayətinin tərkibinə daxildir və Şimal buzlu okeanda yerləşir, 192 adadan ibarətdir. Putin bu gün martın 29-da baş nazir mitri Medvedyevin, müdafiə naziri Sergey Şoyqunun müşaiyəti ilə Frans-İosif Torpağına uçub. Səfərdə məqsəd ekologiyaya dəyən zərərin aradan qaldırılması işləri ilə tanış olmaqdır.

Təhsil-press.az

Oxşar xəbərlər