Azərbaycanlı investorlar İnquşetiyada topdansatış ərzaq bazası tikəcək

Azərbaycanlı investorlar İnquşetiyada topdansatış ərzaq bazası tikəcək Azərbaycanlı investorlar bu il İnquşetiyada topdansatış ərzaq bazası və mağazaların tikintisinə başlayacaq.

Təhsil-press.az-ın məlumatına görə, bu mağazalarda respublikanın brendi altında Yaxın Şərq ölkələrindən məhsullar bazar dəyərindən 10-20 faiz aşağı qiymətə satılacaq.
Məlumatda qeyd olunur ki, ərzaq bazası 2000 kvadrat metrlik ərazidə tikiləcək və 1500 ton ərzaq saxlayacaq.
Azərbaycanlı investorlar bu günədək Rusiyanın beş şəhərində - Sankt-Peterburq, Moskva, İvanovo, Novorossiysk və Pyatiqorskda ərzaq bazası işə salıb.
İnquşetiyada açılacaq bazada İsrail, İran, Türkiyə və Misirdən gətirilən məhsullar tədarük olunacaq.
İnvestorlarla görüş zamanı İnquşetiya rəhbərliyi topdansatış ərzaq bazasının Karabulakda keçmiş kimya zavodunun ərazisində tikilməsini təklif edib.

Təhsil-press.az

Oxşar xəbərlər