Gimnaziyada universitetin bazası yaradılacaq

Gimnaziyada universitetin bazası yaradılacaq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə A.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
İmzalanma mərasimində gimnaziyanın direktoru Murad Əlizadə rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. ADNSU ilə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirən direktor gimnaziyada universitetin bazasının yaradılacağını diqqətə çatdırıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Rektor gimnaziyada ADNSU-nun bazasının yaradılmasının əhəmiyyətini vurğulayıb.
Sonra iki təhsil müəssisəsi arasında əməkdaşlığa dair sənəd imzalanıb.

ADNSU-nun Mətbuat Xidməti


Gimnaziyada universitetin bazası yaradılacaq

Gimnaziyada universitetin bazası yaradılacaq

Gimnaziyada universitetin bazası yaradılacaq

Oxşar xəbərlər