İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"na uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə ixracatçıların vahid ölkə stendi ilə iştirakı nəzərdə tutulan beynəlxalq sərgi və yarmarkaların siyahısı, həmin sərgi və yarmarkalarda iştirak edəcək ixracatçıların sayı müəyyən edilib.
2017-ci il fevralın 26-dan martın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “GULFOOD” ərzaq sərgisində maksimum 30 şirkət, martın 19-dan 21-dək Almaniyanın Düsseldorf şəhərində keçirilən “PROWEIN” şərab sərgisində 15 şirkət, sentyabrın 11-dən 14-dək Moskva şəhərində keçiriləcək “WORLDFOOD” ərzaq sərgisində 50 şirkət, oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” ərzaq sərgisində 30 şirkət, noyabrın 10-dan 12-dək Honqkonqda “HKTDC Hong Kong International Wine & Spirits Fair” şərab sərgisində 20 şirkət iştirak edəcək.
Qeyd olunan sərgi və yarmarkalarda iştirak edəcək ixracatçılar İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqə əsasında seçiləcək. Müsabiqənin keçirilmə tarixi barədə İqtisadiyyat Nazirliyi tərəfindən əlavə məlumat veriləcək.
Əlavə məlumatı AZPROMO-dan almaq olar.
Əlaqələndirici şəxs: Fuad Cəfərov (tel: +99412 5980147/48 (daxili 141), elektron poçt ünvanı: ([email protected]) , ( [email protected]).
Tehsil-press.az