Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi münasibəti ilə təbrik edib, Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın inkişafının hər iki ölkənin vətəndaşlarının maraqlarına cavab verdiyinə əminliyini bildirib.
Təhsil-press.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Əminəm ki, müştərək səylər ilə biz Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığı gələcəkdə də fəal şəkildə inkişaf etdirəcəyik. Bu bizim dövlətlərin vətəndaşlarının maraqlarına cavab verir, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində inkişaf edir”, - V.Putinin Kremlin saytında dərc edilən təbrik məktubunda deyilir.
Rusiyalı lider qeyd edib ki, ötən 25 il ərzində tərəflər Rusiya və Azərbaycan xalqlarını bağlayan dostluq və qarşılıqlı hörməti qoruyub saxlaya və yeni dövlətlərarası münasibətləri inkişaf etdirməyə nail olublar.
“Siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq yaradılıb. İqtisadi-ticarət, investisiya, elmi-texniki və vətəndaş cəmiyyətinin humanitar institutları arasında əlaqələr genişlənir. Moskva və Bakı regionla və qlobal aktual məsələlərin həllində səylərini koordinasiya edir, beynəlxalq strukturlar çərçivəsində səmərəli fəaliyyət göstərir”, - məktubda qeyd edilir.
Təhsil-press.az