Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqəmizi atəşə tutub

Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqəmizi atəşə tutub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər