Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” Respublika elmi konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icrə edən, professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin (BDU) Elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, təhsil eksperti, Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, həmçinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tanınmış alim-mütəxəssisləri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə İslami dəyərləri əks etdirən kitab sərgisi ilə tanış olublar. Konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Bizim bu gün keçirdiyimiz “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” Respublika elmi konfransı da bu Sərəncama əsasən keçirilən bir tədbirdir. Rektor qeyd edib ki, İslam dini humanist, dünyəvi, ümumbəşəri və demokratik dindir. İslam dini insanları əmin-amanlığa, sülhə, xeyirxahlığa, həmrəyliyə səsləyir. Çətin, mürəkkəb və gərgin olan müasir dövrümüzdə İslam ölkələrinin əlaqələrinin güclənməsinə və İslam dünyasının həmrəy olmasına böyük ehtiyac var. Təəssüflər olsun ki, bəzi xarici dairələrin məkrli siyasəti və İslam dünyasında mövcud olan məzhəb ayrı-seçkiliyi hazırda İslam ölkələrində qanlı toqquşmalara, müharibələrə, böyük faciələrə səbəb olur. Azərbaycan xalqı İslami dəyərlərə böyük qiymət verir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sağlam dövlət-din münasibətləri yüksək səviyyədə inkişaf edir. Ölkə rəhbərliyinin müdrik və mütərəqqi siyasəti nəticəsində Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm bütün dünya üçün layiqli nümunədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İslam dininin nüfuzunun yüksəldilməsində böyük xidmətlər göstərmisdir. Tolerantlıq və multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev, BDU-nun Elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə çıxış edərək konfransın aktual mövzuya həsr edildiyini bildirərək konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda professor Əjdər Ağayevin “İslami dəyərlər və şəxsiyyətin formalaşması”, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyevin “İslam həmrəyliyi birlik və əməkdaşlıq hərəkatı kimi”, BDU-nun Türk xalqlarının tarixi kafedrasının professoru Nisbət Mehdiyevanın “XIX əsrdə Qazaxıstanda dini və dünyəvi təhsil” mövzularında məruzələri dinlənilib.
Plenar iclasdan sonra konfrans işini 4 elmi bölmədə: “İslam dövlətləri ilə Azərbaycanın elm və təhsil sahəsində əməkdaşlığı: reallıqlar, perspektivlər”, “İslamda elm və təhsilin intellektual potensialın formalaşmasına təsiri”, “İslam dünyası alimləri və elm”, “İslami dəyərlər və təhsil” adlı bölmələrində davam etdirib. Bölmələr üzrə 65 məruzə dinlənilib. Sonda bölmə rəhbərlərinin hesabatı əsasında yekun qərar qəbul edilib və hər bölmə üzrə “Ən yaxşı məruzə” müəllifləri seçilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi