Referendumun nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan referendumla bağlı səsvermənin nəticələrinin elan edilməsindən sonra keçirdiyi mətbuat konfransında deyib.
Səsvermədə fəal iştirak etdiyinə görə türk xalqına təşəkkür edən Prezident Ərdoğan bildirib : “Bu, tarixi hadisədir. Bu gün 200 illik sistemin dəyişdirilməsi barədə tarixi qərarın verildiyi gündür. Bu dəyişikliklərə “hə” deyənlərə minnətdarlığımı bildirirəm”.
“Biz qarşılaşacağımız hər problemi, çətinliyi, böhranı aradan qaldırmaq iqtidarındayıq. Bunun bariz nümunəsini 15 iyul hadisələri zamanı gördük”, - deyə Prezident Ərdoğan əlavə edib.