Xarici işlər naziri Elmar Məmmədyarov Malta Prezidenti Mari-Luiz Koleyro Preka ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Təhsil-press.az-a verilən məlumata görə, görüşdə Prezident Mari-Luiz Koleyro Preka 2016-cı ilin may ayında Bakıda keçirilmiş BMT-nin Sivilzasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Azərbaycana etdiyi səfərini xatırlayaraq, bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin təsadüf olmadığını vurğulayıb və bunun ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndirib.
Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm modelinin bütün dünya üçün bir nümunə olduğunu qeyd edənMari-Luiz Koleyro Preka həmçinin 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.
Mari-Luiz Koleyro Preka Azərbaycan və Malta arasında son dövrlərdə qurulmuş yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirib və əməkdaşlığın daha da irəlilədilməsi üçün yeni sahələrin müəyyən edilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə turizm sahəsində əlaqələrin təşviq edilməsinin əhəmiyyətini qeyd edərək, bunun xalqlararası təmasların gücləndirilməsinə xidmət göstərdiyini və ölkələrimizi daha yaxından tanımağa imkan yaratdığını deyib.
Prezident Mari-Luiz Koleyro Preka Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının Malta tərərfindən dəstəkləndiyini və bu əməkdşalığın regional sabitlik üçün önəmli olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov Maltaya səfərindən məmnunluğunu ifadə edərək, səfər çərçivəsində keçirdiyi görüşlərin çox məhsuldar olduğunu qeyd edib. Elmar Məmmədyarov ikitərəfli əlaqələrlə yanaşı, Maltanın Avropa İttifaqına sədrliyini nəzərə alaraq, Azərbaycan və Avropa İttifaqı arasında ələqlərin irəlilədilməsində Maltanın rolunu qeyd etdi və Avropa İttifaqı ilə hazırda müzakirə edilən tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar barəsində məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Sonda Elmar Məmmədyarov Prezident Sarayının xatirə kitabına ürək sözlərini yazıb.
Təhsil-press.az