Azərbaycanın "qara qızılı"nın bazarda SON QİYMƏTİ

Azərbaycanın CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 55,02 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,56 dollar/barel azdır.

Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 54,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 19-da 51,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 19-da 52,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər