Qatar Airways növbəti endirim kampaniyasına start verib

Qatar Airways növbəti endirim kampaniyasına start verib Qatar Airways növbəti endirim kampaniyasına start verib.

Qatar Airways səyahətçilərə inanılmaz endirimlərdən faydalanaraq növbəti səyahətlərini planlamağa səsləyir. Aviaşirkətin 26 Aprel-3 May 2017 tarixləri arası davam edəcək Qlobal Endirim Kampaniyası ilə bilet əldə edən dostlar, cütlüklər və ailələr Qatar Airways-in dünya boyunca 150-dən çox istiqamətinə 21 Iyun 2017 tarixinə qədər səyahət edə bilərlər.
Bu inanılmaz qiymətlərlə, səyahətçilər növbəti səfərlərinin haraya olacağını təyin etməkdə çətinlik çəkməyəcəklər. Müştərilər endirimli qiymətlərlə Amerika Birləşmiş Ştatları 869 AZN-dən, İtaliyaya 859 AZN-dən, Maldiv adalarına 1,049 AZN-dən, Birləşmiş Ərəb Əmirliklərinə 539 AZN-dən başlayan qiymətlərlə səyahət edə biləcəklər. Bu qiymətlərdən faydalanmaq üçün səyahətçilər www.qatarairways.com saytına daxil ola, Qatar Airways satış ofisinə yaxınlaşa və ya turizm agentlikləri ilə əlaqə saxlaya bilərlər.
Qatar Airways-in Baş Kommersiya Meneceri cənab Ehab Amin demişdir: “Biz hava yolu şirkəti olaraq müştərilərimizə səyahət etmək üçün bu qədər geniş seçim verə bildiyimiz üçün çox şadıq. Bu endirim kampaniyamız ilə müştərilərimiz səyahət edəcəkləri növbəti istiqaməti asanlıqla seçə biləcəklər. Müştərilərimiz Qatar Airways-in 150-dən çox istiqaməti arasından istənilən birini seçib, beş ulduzla səyahət edə bilərlər.
Yenilikcə hava yolu şirkəti özünü yeni premium sinif məhsulunu rahatlıqla 2-3-4 nəfərlik kiçik qruplar üçün biznes sinif daxilində unikal məkan yaradan “Qsuite” təqdim etdi. Patentləşdirilmiş dizayn və mühəndislik həlli olan bu məhsul mülki aviasiyanı transformasiya edərək birinci sinif məhsullarını biznes sinfinə gətirir. Qsuite həmçinin dünyada ilk dəfə olaraq “double bed” konsepsiyasını biznes sinifdə tətqib edərək Qatar Airways müştərilərinə yeniliklərdən faydalanamağa şərait yaradır.
Skytrax dərgisi tərəfindən 2016-cı ildə Dünyanın Ən Yaxşı Biznes Sinfi nominasiyası üzrə qalib olan şirkətin mərkəzi Hamad Beynəlxalq Hava Limanı da Skytrax dərgisi tərəfindən beş ulduzla qiymətləndirilmiş və Dünya Hava Limanları nominasiyası üzrə dünyanın altında ən yaxşı hava limanı seçilmişdir.
Dünya boyunca 150-dən çox istiqamətə mütəmadi uçuşlar təşkil edən Qatar Airways dünyanın ən sürətlə böyüyən hava yolu şirkətlərindən biridir. Gün-gündən genişlənən uçuş şəbəkəsini 2017-ci ildə say olaraq artıracaq şirkət bu il də Chiang Mai, Yanbu, Dublin, Nice, Skopje kimi şəhərləri öz əhatə dairəsinə daxil edərək 195 müasir təyyarəsi ilə müştərilərə unudulmaz xidmət verəcəkdir.

Təhsil-press.az

Oxşar xəbərlər