Bakıdakı 36 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Oxu marafonu”na həsr olunan tədbir keçirilib.
Tədbirin təşkilinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətlərinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişafına, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Diqqətə çatdırılıb ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün əlverişli şəraitin yaradılması mühüm amildir. Maraqlı dizayna malik kitab rəfləri, maraqlı nəşrlər, cəlbedici mütaliə mühiti və müzakirə guşəsi şagirdlərdə mütaliə üçün motivasiyanı daha da artırır. Bu baxımdan müvafiq təcrübənin digər ümumi təhsil müəssisələrində də yayılması təşəbbüsü irəli sürülüb.
Daha sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya göstərilib.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən, şagirdlər tərəfindən oxunan və tamaşa olunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçirilməsi, mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrinin digər həmyaşıdları ilə online mühitdə paylaşmaları və bununla əlaqədar məktəblilərə lazımi mənəvi və texniki dəstək göstərilməsi məqsədilə bu təhsil ocağında “Mütaliə dəhlizi” yaradılıb.

BŞTİ-nin Mətbuat Xidməti