Tələbələrin tərcüməsində “Nağıllar” jurnalı

Tələbələrin tərcüməsində “Nağıllar” jurnalı Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin bir qrup tələbəsi cari il aprelin 4-dən mayın 28-nə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübədə olublar. ADU-nun İngilis dilinin tərcüməsi kafedrasının baş müəllimi Güllü Bayramovanın rəhbərliyi altında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən universitetin Tərcümə fakültəsinin tələbələri Rasimə Məmmədzadə, Əfsanə Şəmdinli və Günay İmanova “Nağıllar” toplusunun ingilis dilinə tərcümə olunmasında yaxından iştirak ediblər.
Bu günlərdə Dövlət Uşaq Filarmoniyasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və dəstəyi ilə dərc olunan “Nağıllar” toplusunun təqdimatı keçirilib. “Nağıllar” toplusu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübə keçmiş tələbələrin iştirakı ilə tərcümə olunmuş və adıçəkilən qurumun idarə heyətinin qərarı ilə 23 avqust 2016-cı ildə çapa tövsiyə olunub.

ADU-nun Mətbuat Xidməti


Tələbələrin tərcüməsində “Nağıllar” jurnalı

Oxşar xəbərlər