“Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər”.
Tehsil-press.az-n məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, buna görə də bəzi hallarda həkimlərimizin təyin etdiyi dərmanlar o qədər effekt vermir:
“Buna görə həkimlər tərəfindən xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməlidir”.
M.Quliyev qeyd edib ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi məsələsi daim diqqətdə olmalıdır. Deputat təklif edib ki, Azərbaycanda 400-500 adda dərmanın qiyməti dövlət tərəfindən tənzimlənə bilər, qalanlarının qiyməti sərbəst tənzimlənsin. M.Quliyev bioloji fəal maddələrin işlənmə qaydasının da hazırlanmasını vacib sayıb. O bildirib ki, bioloji aktiv maddələr dərman deyil:
"Tərkibində bioloji fəal maddələr olan bu vasitələrdən hədsiz, dozasız istifadə insana zərər verə bilər. Bioloji fəal maddələr dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndirilməsi, onun reabilitasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq, izah etməlidirlər”.
Tehsil-press.az