ABŞ Prezidenti Donald Tramp Kuba dövlətini və ABŞ-da fəaliyyət göstərən bu ölkənin diasporunu Müstəqillik Günü münasibətilə təbrik edib.
Təhsil-press.az-ın verdiyi məlumata görə, Tramp yazılı təbrikində amerikalıların və kubalıların azadlıq, ləyaqət və özünüidarə prinsiplərinə sadiqliyini bölüşdüyünü bildirib.
ABŞ Prezidenti ölkəsində yaşayan kubalıların ədəbiyyatda, incəsənətdə, idman və biznes sahələrində, məhkəmə sistemində, həmçinin Konqres, Prezident Administrasiyası və hərbi qurumlarda nailiyyətlərini qeyd edib.
Qeyd edək ki, müstəqil Kuba Respublikası 1902-ci ildə elan edilib və mayın 20-si Kubada Müstəqillik Günü kimi qeyd olunur.
Təhsil-press.az