Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada futbol üzrə yarışların final matçına baxıb

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada futbol üzrə yarışların final matçına baxıb Bakı-2017 IV İslam Həmrəyliy Oyunları çərçivəsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan və Oman komandalarının final oyunu keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final matçına baxıblar.
Təhsil-press.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmaya millimiz daha fəal başlayıb. 16-cı dəqiqədə Mahir Mədətov hesabı açıb, 11 dəqiqə sonra isə dubla imza atıb.
Fasiləyə üstün yollanan yığmamız ikinci hissənin əvvəllərində qapısında qol görüb - Sabah əl-Yəhyayi fərqlənib. Lakin Oman yığmasının bundan artığına gücü çatmayıb - 2:1.
Beləliklə, futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu, Azərbaycanın İslamiadada qazandığı 75-ci qızıl medaldır.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada futbol üzrə yarışların final matçına baxıb

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada futbol üzrə yarışların final matçına baxıb

Təhsil-press.az

Oxşar xəbərlər