Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada güləşçilərin mükafatlandırma mərasimlərində iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada güləşçilərin mükafatlandırma mərasimlərində iştirak edib Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 və 97 kq çəki dərəcələrində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.

Təhsil-press.az-ın məlumatına görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.
57 kq çəki dərəcəsində idmançımız Mahir Əmiraslanov, 97 kq çəkidə isə digər güləşçimiz Nurməhəmməd Hacıyev birinci olub.
Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər