Mayın 17-də Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvando yarışlarının final qarşılaşmalarına baxıblar.
Azərbaycan Prezidenti İlham Əliyev kişilər arasında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçulara medalları təqdim edib. Bu çəki dərəcəsində qızıl medalı Azərbaycan taevandoçusu Milad Beygi Harçeqani qazanıb.
Prezident İlham Əliyev həmçinin kişilər arasında +87 kq çəki dərəcəsində qalib gələn taekvandoçulara da medalları təqdim edib. Bu çəki dərəcəsində qızıl medalı Azərbaycan taevandoçusu Radik İsayev qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Təhsil-press.az