Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı

Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz qızıl medal qazanıb.

Təhsil-press.az-ın məlumatına görə, Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələdə İran idmançısı Seyid Hüseyn ilə üz-üzə gəlib.
A.Tağıyev rəqibinə 8:7 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər