Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimini keçirdi.
Təhsil-press.az-ın məlumatına görə, bu barədə Filippinin “Concept Central” jurnalında dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, yarışlarda iştirak edən 2800 atletdən böyük əksəriyyəti artıq şəhəri tərk etsə də, Bakı İslamiada ilə rəsmi şəkildə vidalaşmaq üçün parlaq şou təşkil etdi.
Məqalədə vurğulanır ki, bu Oyunlar Birinci Avropa Oyunları və Formula 1 yarışlarından sonra Azərbaycanın Yay Olimpiya Oyunlarını təşkil etmək yolunda atdığı daha bir addım oldu.
Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə, İslamiadanın qalibi olub.
Təhsil-press.az