2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Şülan Bayramova həsr olunmuş tədbir keçilimişdir

2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Şülan Bayramova həsr olunmuş tədbir keçilimişdir Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Qəhrəman günü” keçirilib. Tədbir 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Şülan Bayramova həsr olunub.
Tədbirə şəhidin anası, doğmaları, müəllimləri, şairlər, oxucular qatılıb.
Kitabxanaçı Səadət Allahverdiyevanın aparıcılıq etdiyi tədbirdə şəhid Şülan Bayramovun qısa ömür yolu haqqında ətraflı məlumat verilib, videoçarx izlənilib.
Daha sonra tədbirə qatılan qonaqlar: şair Əşrəf Veysəlli, şair, junalist Namiq Dəlidağlı, şair Məmməd Namaz çıxış edərək 2016-cı il aprel döyüşlərinin Azərbaycanın döyüş səlnaməsindəki tarixi əhəmiyyətindən, xalqın oyanışındakı müstəsna rolundan danışıblar. Onlar bildiriblər ki, fədakarlıqla döyüşərək şəhid olan igidlər gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsidir. Belə tədbirlərin keçirilməsi və qəhrəman oğulların oxuculara tanıdılması tədqirəlayiq hadisədir. Kitabxanaların bu işdə böyük rol oynadığını bildirən natiqlər tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Şəhidin müəllimləri Əlövsət Cavadov, Zakir Zahir çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşüblər.
Tədbirdə Bülbül adına UİM-in müəllimlərindən ibarət muğam üçlüyünün ifası, oxucular Nigar Mehdiyeva, Ayişə Məmmədli, Leyla Almuradlı, Nüsrət Ağazadə, Fatimə Quliyevanın ifasında vətənə, şəhidlərə həsr olunmuş şeirlər dinlənilib, şəhidlərin xatirəsini əks etdirən foto və kitab sərgisi nümayiş olunub.
Sonda Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edib. O, qeyd edib ki, şəhidlik nə qədər müqəddəs bir zirvə olsa da, ovladın yoxluq yükü çox ağırdır və biz analar son nəfəsimizədək bu yükü övladlarımızın adına layiq qürurla daşımalı, bundan sarsılmamalıyıq.
Qeyd edək ki, Şulan Bayramov 1996-cı ilin 28 iyul günündə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub. Əsgər Şulan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 10-u isə Şulan Bayramov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Şulan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər