Fransanın Valenciennes universitetinin rektoru Abdelhakim Artiba və xarici əlaqələr şöbəsinin əməkdaşları Bakı Mühəndislik Universitetində olub. Görüşün məqsədi BMU ilə əməkdaşlığın qurulması olub.
Qonaqları qəbul edən universitetin rektoru, professor Havar Məmmədov Bakı Mühəndislik Universitetinin akademik heyəti, maddi-texniki bazası, elmi potensialı və müasir mühəndislik ixtisasları barədə ətraflı məlumat verib. Universitetin yeni yaranmasına baxmayaraq müasir standartlara cavab verən elektron universitet sistemi tətbiq olunur, ingilis dilində təhsil verilir. Eyni zamanda universitetin iş dünyası və xarici universitetlərlə əlaqələri yüksək səviyyədə qurulub. Tempus Ersamus və Mövlana kimi mübadilə proqramları vasitəsi ilə tələbə və müəllimlərimiz xarici universitetlərə gedirlər.
Səmimi qəbula görə təşəkkür edən Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artiba bildirib ki, rəhbərlik etdiyi universitetdə texniki və humanitar ixtisaslar üzrə təhsil verilir. Universitetimizdə əsasən tibbi avadanlıqlar, əlillər üçün avadanlıqların üzrə elmi araşdırmalar da aparılır. Universitetimizdə 65 müxtəlif ölkədən 1200 tələbə təhsil alır. Fransa universitetindən gələn heyət BMU-nun laborotoriyalarında olduqlarını və onlarda BMU haqqında yüksək təəsurat yarandığını qeyd ediblər.
İki universitet arasında müəllim və tələbə mübadiləsini magistrlar üçün ikili diplomu və birgə elmi konfransların keçirilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

BMU-nun Mətbuat Xidməti