Mayın 24-də keçirilən Azərbaycan-Rumıniya Universitetlərarası Forumunda iştirak edən nümayəndə heyəti bu gün Bakı Mühəndislik Universitetində olub. Universitetin rektoru, professor Havar Məmmədov Rumıniya təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri qəbul edib. Rektor qonaqlara ölkə rəhbərinin təhsilə olan qayğısından və universitet haqqında ətraflı məlumat verib. Universitet-iş dünyası əlaqələrinin yüksək səviyyədə qurulması sayəsində BP-i başda olmaqla bir neçə şirkət universitetdə müasir laborotoriyalar qurub. Maddi-texniki baza və akademik heyətlə tanış olan rumuniyalı alimlər universitetin potensialını yüksək qiymətləndiriblər. Onları müasir avadanlıqlarla təhciz olunmuş mexanika və kimya laborotoriyalarında aparılan təcürbəyə baxıblar.
Sonda Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov və Rumıniya təhsil nazirinin müavini Gigel Paraskiv əməkdaşlıq müqaviləsi imzalayıblar. Əməkdaşlıq müqaviləsinə əsasən ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə və müəllim mübadiləsi və digər əməkdaşlıq perspektivləri nəzərdə tutulur.

BMU-nun Mətbuat Xidməti