Sumatra Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıb

Sumatra Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıb İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dr. H. Husnan Bey Fananie , İdoneziya dövlətinin təhsil üzrə nümayəndələri, Sumatra Dövlət Universitetinin rektoru professor Saidurrahman və professorlardan ibarət nümayəndə heyəti Qafqaz Universitetində olub. Universitetin rektoru professor Havar Məmmədov qonaqları salamlayıb və universitet haqda ətraflı məlumat verib. Rektor bildirib ki , 23 il tarixi olan Qafqaz Universitetində 3 fakültədə 24 ixtisas üzrə mütəxəsis hazırlanır. Müəllimlərinin əksəriyyətini gənc alimlər təşkil edən universitetdə ixtisasların 60 faizdən çoxu ingilis sektorudur. Universitetin maddi –texniki bazası və tədris planı imkan verir ki, müasir və beynəlxalq standartlara cavab verən tədris prosesi həyata keçirək. Kimya , Biologiya, kompyuter laborotoriyaları, mühəndisliyin 11 sahəsi üzrə laborotoriyalar , Texnopark və digər sahələr üzrə müasir texnologiyalı laborotoriyalarımız tələbələrin ixtiyarındadır. Eyni zamanda bu laborotoriyalarda müəllimlərimiz də elmi tədqiqat işləri aparırlar. Onu da qeyd edim ki, universitet tam elektronlaşıb. Məzunlarımız ölkədə və eləcə də ölkə xaricində ən nüfuzlu şirkətlərdə işləyirlər.Universitetin beynəlxalq əlaqələri çox genişdir. Universitet olaraq həm beynəlxalq layihələrdə iştirak edirik həmdə hal-hazırda dünyanın 27 xarici ölkəsindən tələbə təhsil alır. Sizin ölkənizdən də 2 tələbə təhsil alır. Onlar universitet şəhərciyində yerləşən müasir tələbə yataqxanasında yaşayırlar. Universitetimizdə Multikulturalizm Elm-Tədris Mərkəzinin fəaliyyət göstərir. Universitetdə multikulturalizm mühiti mövcuddur.
Cənab səfirlə ilk görüşümüzdə iki ölkə universitetləri arasında əməkdaşlığın əhəmiyyətindən danışmışdıq. İlk görüşümüzdən az müddət keçməsinə baxmayaraq indoneziyadan cənab səfirin təhsil üzrə nümayəndə heyəti ilə universitetimizə təşrif buyurması təqdirəlayiqdir. Ümumiyyətlə səfir az müddətdə xalqlarımız arasında əlaqələrin inkişafı üçün xeyli iş görüb. Beynəlxalq tolerantlıq günü ilə əlaqəli keçirilən tədbirdə onun çıxışı və pianoda ifası tədbir iştirakçıları tərəfindən alqışlandı.
Rektor Azərbaycanda təhsilə olan dövlət qayğısından ölkəmizdə xüsusən mühəndislik sahəsində ehtiyac olan ixtisaslar üzrə mütəxəsis hazırlığına dövlət tərəfindən verilən önəmdən danışıb.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dr. H. Husnan Bey Fananie Qafqaz Universitetində səmimi qarşılanmaya görə rektora təşəkkürünü bildirdi. Qafqaz Universiteti də beynəlxalq reytinqi olan üniversitetdir. Nümayəndə heyətinin gəlişində məqsəd həm təhsil həmdə universitetinizdə fəaliyyət göstərən Multikulturalizm Elm-Tədris Mərkəzi ilə əməkdaşlıq etməkdir.
İndoneziya hökümətini təmsil edən Məhəmməd Zain təhsil sahəsində həyata keçirdikləri layihələr və mübadilə proqramları haqda məlumat verib. O bildirib ki, ölkələri yerli tələbələrin xaricdə, xarici tələbələrində indoneziyada olan 5000 universitetdə təhsil almalrı üçün təqaüdlər də ayırır. O qeyd edib ki, bu görüşdən sonra ölkələrimiz arasında tələbə mübadiləsi artacaq.
Sumatra Dövlət Universitetinin rektoru professor Saidurrahman ölkəsinin təhsil sistemi və rəhbərlik etdiyi universitet haqda ətraflı məlumat verib. Rektor bildirib ki , Sumatra Dövlət Universitetinin 45 illik tarixi var. Universitetdə hal-hazırda 8 ixtisas üzrə 16 000 tələbə təhsil alır. Qafqaz Universitetində olan ixtisaslar bizim universitetə tam uyğun gəlir. Bu da imkan verir ki , biz akademik və tələbə mübadiləsi aparaq.
Çıxışlardan sonra hər iki rektor əməkdaşlıq müqaviləsini imzalayıb. Müqaviləyə əsasən universitetlər arasında birgə layihələr, konfranslar, müəllim və tələbə mübadiləsi həyata keçirmək nəzərdə tutulub.Universitetdə təhsil alan iki indoneziyalı tələbəyə Qafqaz Universitetinin rektoru Havar Məmmədov təhsildə fərqləndiklərinə görə təşəkkürnamə verib. Universitetin maddi – texniki bazası və Multikulturaliz mərkəzi ilə tanış olan nümayəndə heyəti məmnunluqlarını ifadə ediblər.


Sumatra Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıbSumatra Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıbSumatra Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıbSumatra Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıbSumatra Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıb

Oxşar xəbərlər