Azərbaycanın bütün beynəlxalq məsələlərlə bağlı öz prinsipial mövqeyi var və bu mövqe ölkənin milli maraqlarından irəli gəlir.
Bunu Təhsil-press.az-a Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriyadakı səfir Qalib İsrafilov deyib.
O qeyd edib ki, bu gün Azərbaycanın ATƏT-də çoxlu tərəfdarları var və bunun sayəsində ölkənin nümayiş etdirdiyi mövqe qurum tərkibində dəstəklənir.
Səfirin sözlərinə görə, ATƏT müxtəlif dövlət və siyasi blokların maraqlarının müzakirə edildiyi geniş platformadır: “ATƏT NATO və KTVT-dən fərqli olaraq, təhdidlərin neytrallaşdırılması fəaliyyəti ilə məşğul olmur. Bu blokların fərqli məqsədləri və dəyərləri var və ATƏT üçün onlar bir-birinə qarşı olan hərbi bloklardır. Bu blokların heç birinə və ATƏT daxilindəki siyasi qruplara daxil olmayan Azərbaycan ATƏT tərəfindən razılaşdırılmış və ölkənin milli maraqları və mövqeyi ilə möhkəmləndirilən siyasətini həyata keçirir”.
Onun sözlərinə görə, bu platformada Bakı üçün prioritet məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir.
O bildirib ki, ATƏT çərçivəsində 1992-1994-cü illərdə həm nizamnamə formatı, həm də mediator ölkələr qrupuna daxil olan tərkib üzrə qərar qəbul edilib: “Bundan sonra nizamlanma prosesi ATƏT-in Minsk qrupunun səlahiyyətinə keçdi. Minsk qrupu 1990-cı illərin sonlarında fəal idi, hazırda isə praktiki olaraq toplaşmır və bütün işləri yalnız onun həmsədrləri aparır”.
Q.İsrafilov əlavə edib: “Bu yaxşıdır, yoxsa pis – siz mühakimə yürüdün. Biz bu qrupun yaradılmasından etibarən, son 23 il ərzində həmsədrlərin fəaliyyətinin nəticəsizliyini görürük. Onların işinin nəzərəçarpan və səmərəli nəticələri hələ ki, yoxdur. Lakin biz ümid edirik ki, həmsədrlər bu istiqamətdə daha böyük səy göstərəcəklər”.
Diplomat qeyd edib ki, Azərbaycan ATƏT-ə hazırda sədrlik edən - Avstriyadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səmərəli fəaliyyət gözləyir.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun müvafiq olaraq, öz mandatı ilə regiona səfər edəcəyi gözlənilir.
Bu səfərdən danışan daimi nümayəndə deyib ki, bəzi amillər bu səfərə maneə yaradır: “İlk növbədə, təşkilatda mürəkkəb vəziyyət mövcuddur – ATƏT-in baş katibi, eləcə də 3 institutun rəhbəri vəzifələri vakant qalır. Qurumun tam şəkildə fəaliyyəti üçün bu vəzifələrə seçkilərin keçirilməsi vacibdir. İkincisi, ATƏT-in hazırkı sədri Avstriyadır və bu ölkənin xarici işlər naziri Sebastyan Kurts quruma rəhbərlik edir. Eyni zamanda o, oktyabrın 15-i Avstriyada keçiriləcək seçkilərlə əlaqədar ciddi mübarizə aparır. Ona görə də onun iş qrafikində daxili məsələlər ATƏT sədrinin gündəliyindəki məsələləri üstələyir. Onun Azərbaycana və digər Cənub Qafqaz ölkələrinə səfəri Avstriyadakı seçkilərin nəticəsindən asılı olacaq”.
Təhsil-press.az