İzmir diaspor təşkilatı Alxanlı faciəsi ilə bağlı bəyanat yayıb

İzmir diaspor təşkilatı Alxanlı faciəsi ilə bağlı bəyanat yayıb İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması və bunun nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Təhsil-press.az-a verilən məlumata görə, bəyanatda Ermənistanın Xocalı faciəsi da daxil olmaqla, bir çox qanlı təxribatlar törətdiyi bildirilir.
Qeyd olunur ki, bu faciə Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ortaya qoyur.
Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi qəti şəkildə pislənib, Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin regionda sabitliyə mənfi təsir etdiyi vurğulanıb.
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Təhsil-press.az

Oxşar xəbərlər