“Azərçay”ın yeni reklam çarxının çəkilişi üçün Azərbaycana gəlmiş Rusiyanın ən məşhur televiziya layihələrindən olan “Pole Çudes”in aparıcısı Leonid Yakuboviç Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Qarabağ” - “Samtredia” görüşünü izləyənlər arasında olub.
"Azərsun Holdinq"-dən Trend-ə verilən məlumata görə, 25 ildir Rusiya efir məkanının ən reytinqli verilişlərindən birinin aparıcısı olan məşhur sima oyundan öncə jurnalistlərlə görüşüb, onların suallarını cavablandırıb.
Media mənsublarının “Azərçay” barədə sualına cavab verən L.Yakuboviç bu çayı çox bəyəndiyini söyləyib: “Mən çox nadir hallarda reklam təkliflərinəə müsbət cavab verirəm və bu işə çox ciddi yanaşıram, çünki bu cür məsələlərə görə məsuliyyətin bir hissəsi də mənim üzərimə düşür. Mən ancaq çay içirəm və bu içki barədə çox geniş biliklərə sahibəm. Burada istehsal olunan çayın dadına baxdıqdan sonra ailəmiz evdə ancaq “Azərçay” içir və bütün tanışlarıma da bunu tövsiyə edirəm. Hər dəfə onlara deyirəm ki, sizin içdiyiniz çay deyil, siz bir “Azərçay”ın dadına baxın, əsl çayın necə olduğunu başa düşəcəksiniz. Bu çay mükəmməl dada malikdir, bu məhsul sevgi ilə hazırlanan məhsullar kateqoriyasına aiddir. Bilirsiniz, kulinariyada bir resept var, mən bunu özüm üçün illər öncə müəyyən etmişəm. Bu ən vacib və yeganə reseptdir - hazırladığın məhsulun istehlakçısını sevmək. “Azərçay”ı istehsal edənlər də məhz bu cür davranırlar”.
Qeyd edək ki, ötən 6 ay ərzində “Pole Çudes” verilişi “Azərçay”ın dəstəyi ilə yayımlanıb və buraxılışlarda Azərbaycan mədəniyyətinin, tarixinin və incəsənətinin tanıdılmasına xüsusi diqqət ayırılıb.
Təhsil-press.az