"Azərsun Holdinq" beynəlxalq forumun sponsoru oldu

12-13 aprel tarixində Bakıda "Azərsun Holdinq"in sponsorluğu ilə Xəzər - Qara Dəniz Aqrar Konqresinin toplantısı keçirilib.

Tədbirdə Çin tərəfindən irəli sürülən və dəstəklənən Yeni İpək Yolu layihəsi çərçivəsində müxtəlif məsələlər müzakirə edilib. Forumun əsas mövzusu taxıl, yağ və digər kənd təsərrüfatı məhsullarının satışı, yeni infrastruktur layihələrinin reallaşdırılması, maliyyə və texnologiya mənbələrinə çıxış olub. Ölkəmizin ixrac potensialının artırılmasında böyük rol oynayan və adıçəkilən forumun sponsoru olan "Azərsun Holdinq" də yaradılacaq bu imkanlardan maksimum istifadə edərək yerli məhsulların dünya bazarlarında öz yerlərini daha da möhkəmləndirməsi və satış həcminin artırılması üçün zəruri addımlar atacaq.
Qeyd edək ki, "Azərsun Holdinq" Şirkətlər Qrupunun İpək Yolu üzərində, Qazaxıstanın Aktau şəhərində inşa etdirdiyi müasir logistika mərkəzi bu ildən fəaliyyətə başlayacaq və bu mərkəzin Orta Asiya ölkələrinə məhsul ixrac etmək üçün geniş imkanlar yaradacağı gözlənilir.

tehsil-press.az

Oxşar xəbərlər