Voronejdən Azərbaycana saxta “Barbaris” konfeti göndərmək cəhdi

Voronejdən Azərbaycana saxta “Barbaris” konfeti göndərmək cəhdi Rusiyanın Voronej şəhərində Azərbaycana ixrac üçün nəzərdə tutulan 40 qutu saxta “Barbaris” konfeti saxlanılıb.

Təhsil-press.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu faktı gömrükçülər aşkarlayıblar. Şübhəli şirniyyatın ağırlığı cəmi 240 kiloqram olub. Gömrükçülər müəyyən ediblər ki, konfeti istehsal edən firma öz məhsulunu “Barbaris dadı ilə” adlandırıb, ancaq onun büküldüyü kağız, markalanma və digər əlamətlər məşhur “Barbaris” konfeti ilə eyni olub. Artıq “Barbaris” konfetinin istehsalçısı “Barbaris dadı ilə” konfetini istehsal edən firma ilə əlaqə saxlayaraq ondan “Barbaris” əmtəə nişanından istifadəni dayandırmağı tələb edib. Faktla bağlı inzibati cəza tədbiri görülüb, saxta “Barbaris”i Azərbaycana göndərmək istəyən istehsalçı 200 min rubl cərimələnib.

Təhsil-press.az

Oxşar xəbərlər