Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə məzunu Qurban Orucov ABŞ-ın ən qabaqcıl ali məktəblərindən biri olan "Colorado School of Mines"-in ən gənc doktorantı oldu. O, magistr səviyyəsini keçərək birbaşa Ph.D (doktorantura) pilləsinə təqaüd qazanaraq qəbul olunub.
- Qazandığınız uğura görə sizi təbrik edirik. Buna necə nail oldunuz?
- Bunun üçün tək universitet proqramını oxumaq bəs eləmir. Nüfuzlu universitetdə magistratura, doktorantura və təqaüd əldə etmək üçün öz üzərində çalışmaq və bilikləri səmərəli şəkildə tətbiq etməyi bacarmaq lazımdır. Qarşıya məqsəd qoyub və onları reallışdırmaq üçün düzgün yolları təyin etməyi bacarmaq lazımdır. Mən əminəm ki, gərgin işimlə belə bir uğura nail olmuşam. Mən öz üzərimdə işləməkdən yorulmadan, çox oxumaqla, BANM-də məşğələlərdə mütəmadi iştirak etməklə, təcrübə dərslərinə qoşulmaqla və hər gün yeni nəisə öyrənməklə buna nail oldum. İnadkarlıq və hər şeyi bilmək marağı - mənim uğurumun şəxsi formulasıdır.
- Özünüz haqqında məlumat verərdiniz.
- Mən 21 fevral 1995-ci ildə Qax rayonunda anadan olmuşam. Səkkiz il Qax rayonunda oxuduqdan sonra orta təhsilimi Bakıda yerləşən Zərifə Əliyeva adına liseydə davam etdirmişəm. Liseyi bitirdikdən sonra 2012-ci ildə TQDK-nın ali məktəblərə qəbul imtahanında 675 bal toplayaraq BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına daxil oldum və Prezident təqaüdünə layiq görüldüm. BANM-də təhsil aldığım dövrdə Ali Məktəb tərəfindən təşkil olunan bir sıra istehsalat təcrübələrində iştirak etmişəm. Bura Halliburton, SOCAR NQÇİ-nin “Neft Daşları”, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu daxildir.
- Bakı Ali Neft Məktəbinə daxil olduqdan sonra qarşınıza qoyduğunuz məqsədləri həyata keçirə bilmisiniz? BANM-də aldığınız təhsil sizin Colorado School of Mines universitetinə qəbul olunmağınızda nə kimi rolu olub?
- Şansım üzümə güldü ki, məktəbi bitirdiyi il Bakı Ali Neft Məktəbi yaradılıb və mən Ali Məktəbin ilk tələbələrindən oldum. Oxuduğum illərdə həmişə özümü hər cəhətdən inkişaf etdirməyə çalışmışam və əlbəttə ki, BANM-in mənə böyük köməyi olub. Ali Məktəb mənə öz sahəmə görə dərin biliklər əldə etməyə şərait yaradıb və düşünürəm ki, bu mənə çox kömək olub və indi də, sonra da kömək edəcək. Buna görə də mən BANM-in rektoruna Elmar Qasımova, professorlarıma və müəllimlərimə öz təşəkkürümü bildirirəm.
- Niyə məhz "Colorado School of Mines"da qərarlaşdınız? Bu universitet haqqında hansı məlumatınız var və bu kimi universitetdə alacağınız təhsildən gözləntiləriniz nədir?
- "Colorado School of Mines" universitetinin Geofizika haqqında oxudum və onların yaratdığı imkanlara görə məhz oranı seçdim. Bu universitetdə elmi-tədqiqatların maliyyələşməsinə xüsusi diqqət yetirilir. Ali təhsil ocağının ABŞ-da dövlət universitetləri arasında yüksək reytinqi var. 2016-2017-ci ildə isə "Colorado School of Mines" dağ-mədən sənayesi üzrə dünyanın ən yaxşı universiteti seçilmişdir.
- Ph.D pilləsini bitirərkən nə ilə məşğul olacaqsınız?
- Ph.D pilləsindən sonra sahəm üzrə təcrübə qazanmaq istərdim. Sonra isə qazandığım təcrübəni və bilikləri Bakıda tətbiq etmək arzusundayam.

BANM-nin Mətbuat Xidməti