Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetterin “Peace and Sport” təşkilatının saytında “Azərbaycan öz idmanını qaçqın və məcburi köçkünlərin intreqrasiyası üçün necə istifadə edir” başlıqlı məqaləsi dərc edilib.
Məqalədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasıya olunmasında idmanın rolundan bəhs edilir. Məqalənin oxucular üçün maraqlı olmasını nəzərə alaraq onun tərcüməsini təqdim edirik.
http://www.peace-sport.org/opinion/how-azerbaijan-harnesses-sport-as-an-integration-catalyst-for-its-refugees-and-internally-displaced-persons/
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilmiş 20 iyun Ümumdünya Qaçqınlar Günü bizə İraq və Suriyada aparılan müharibələr nəticəsində bu yaxınlarda Avropaya axan qaçqınlar selini xatırlatdı. Bu siyasi gündəmdə təhlükəsizliyi zədələmədən qaçqınlara humanitar yardımın göstərilməsi məsələsini yenidən gündəmə gətirdi. Bu an Azərbaycanın idmandan qaçqın və məcburi köçkünlərin inteqrasiyası üçün istifadə etməsi yada düşür.
Azərbaycan Ermənistanın onunla artıq iyirmi beş il ərzində apardığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyona yaxın qaçqın və məcburi köçkünü evlə təmin etməklə məşğul olur. Qaçqın və məcburi köçkün düşərgələri ölkənin bir çox ərazisində salınmışdır. Təəssüf ki, bütövlükdə yeni nəsil belə bir çətin şəraitdə doğulmuşdur. “Qarabağ” yerli futbol komandası bu münaqişənin faciəvi nəticələrinə bir nümunədir. Bu klub əvvəllər Ağdamda yerləşirdi. İndi bu şəhər işğal altındadır. Klub isə dünyada çox nadir qaçqın futbol klublarındandır. Böyük çətinliklərə baxmayaraq, bu futbol komandası indi UEFA Çempionlar və Avropa liqalarında rəqabət aparır.
Avropa və Azərbaycan arasında iqtisadi, elmi və mədəni sahələrdə körpülər salmağa çalışan Avropa Azərbaycan Cəmiyyətinin direktoru olaraq demək istəyirəm ki, Azərbaycandakı hökumət və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin inteqrasiyasında idmanın imkanlarından geniş istifadə olunur.
İdmanın rolu Azərbaycanda çox ciddi qəbul edilir. Azərbaycan Gənclər və İdman Nazirliyi Sovet İttifaqının süqutundan sonra Azərbaycanda yaradılmış ilk nazirliklərdəndir. Bu nazirlik münaqişənin nəticələrindən əziyyət çəkən gənclərin inkişaf etdirilməsi zərurətindən yaranmışdır. Hesablamalara görə, Azərbaycandakı qaçqın və məcburi köçkünlərin 30 faizdən artıq hissəsini yaşı iyirmi beşdən az gənclər təşkil edirdilər. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə başçılığı şəxsən Azərbaycan Prezidenti İlham Əliyev özü edir. Bu, onun idmana verdiyi önəmin göstəricisidir. Onun sayəsində 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında Azərbaycanda İlk Avropa Oyunları, 2016-cı ildə isə Bakıda ilk dəfə olaraq “Formula 1” Azərbaycan Qran-Prisi keçirilmişdir.
İdmanın müalicəvi təsirini nümayiş etdirən faktlardan biri də odur ki, Ermanistanla Azərbaycan arasındakı təmas xəttində gedən atışmalara baxmayaraq, Ermənistan komandası Azərbaycanda keçirilən Avropa oyunlarında heç bir xoşagəlməz hal olmadan iştirak etmişdir. Bundan əlavə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 2001-2015-ci illər arasındakı dövrdə Azərbaycanda 94 yaşayış məntəqəsi salınmışdır. Bu qəsəbə və şəhərciklər ən müasir sosial və texniki infrastruktur ilə təchiz ediliblər. Məktəb və tibb mərkəzləri ilə yanaşı, bu yaşayış məntəqələrində 2 Olimpiya Kompleksi (Ağdam-Quzanlı və Füzuli rayonları) və 14 idman mərkəzi tikilmişdir.
Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına dinc və təhlükəsiz qayıdışına nail olmaq üçün idmandan geniş istifadə olunur.
Avropa Azərbaycan Cəmiyyəti sosial inteqrasiyanın yaxşılaşdırılması və sülhün bərqərar olunması üçün geniş istifadə olunan mədəni və idman tədbirlərinə xüsusi diqqət yetirir.
Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanda və bütün dünyada qaçqın və məcburi köçkünlərin taleyinə diqqəti cəlb etmək üçün son illər çoxsaylı idman yarışlarının təşkilatçısı olmuşdur. Məsələn, 3600 tamaşaçının iştirakı ilə Londonda ümumdünya qaçqın və məcburi köçkünlərin “Arsenal Əfsanələri” komandasının oyunçuları ilə futbol oyununu təşkil etmişdir. Oyundan əldə olunan vəsait Britaniyanın əsas xeyriyyə cəmiyyətlərindən olan Qaçqınlar Şurasına bağışlanmışdır.
Avropa Azərbaycan Cəmiyyəti, həmçinin dünyaşöhrətli “Repton” Boks Klubu ilə Azərbaycanın “Qəbələ” İdman Klubu arasında Şərqi Londonda keçirilmiş xeyriyyə boks yarışmasının təşkilatçısı kimi çıxış etmişdir. Avropa Azərbaycan Cəmiyyəti ağır çəkidə Boks üzrə dünya çempionu olmuş Frenk Bruno, idmandan uzaqlaşmış İngiltərə futbol yığmasının sabiq kapitanı Toni Adams və yüngül atletika əfsanəsi Mo Farah kimi böyük idmançıların dəstəyini təmin etmişdir. Somalidən qaçqın olan Mo idmanın onun taleyində oynadığı mühüm rolu etiraf edir.
Avropa Azərbaycan Cəmiyyətinin sülhün bərqərar olmasında və inteqrasiyanın inkişafında idmanın istisna rolunu qəbul edərək, 2016-cı ildə "One Step for Peace" xeyriyyə kampaniyasına 20 min avro bağışlamaqla "Peace and Sport" 9-cu beynəlxalq foruma dəstək olmuşdur.
“Peace and Sport”un fəaliyyəti böyük amallara xidmət etdiyi üçün qeyri hökumət təşkilatlarının atdığı kiçik addımlar bu məqsədə öz töhfələrini vermiş olurlar. Biz şahzadə əlahəzrət II Albertin himayəsi altında Joel Bouzou tərəfindən idarə edilən bu strukturda iştirak etdyimizlə qürur duyuruq.
Təəssüf ki, müharibə idmanda uğur əldə edə biləcək gənc nəsli məhv etmək gücünə malikdir. “Peace and Sport” kimi təşkilatların köməyi ilə belə halların baş vermə ehtimalı azalır.
Tehsil-press.az