Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan bir milyondаn çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemi Böyük Britaniya Parlamentinin Milad bayramından öncəki son iclasında qaldırılıb.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Tehsil-press.az-a verilən məlumata görə, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Mühafizəkarlar Partiyasının üzvü, millət vəkili Bob Bləkman Milad tətilindən öncə parlament müzakirələrində çıxış edərək bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi artıq uzun müddətdir davam edir. Bu, unudulmuş münaqişədir və təəssüf ki, Ermənistan, Rusiya və onların müttəfiqlərinin mövqeyi ümumi duruma elə də kömək etməyib. Bu il Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri o insanlar üçün salınmış düşərgələrdən birinə səfər ediblər. Onlar günahkar olmadıqları halda çox əziyyət çəkirlər. Vacibdir ki, dünyanın həmin bölgəsində insan hüquqları və ümumbəşəri dəyərlər bərpa olunsun”.
Bu bəyanat Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun bu ilin iyulunda Azərbaycana baş tutan səfərinin nəticəsi olaraq verilib. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan səfərdə müxtəlif partiyaların təmsilçilərindən ibarət nümayəndə heyətinə Bob Bləkman başçılıq edib. Səfərə, həmçinin qrupun sədr müavinləri Mark Menzies, Baronessa Manzur, Lord Kilkluni və qrupun katibi Rocer Qodstif də qatılıb.
Bu yaxınlarda məşhur alman fotoqrafı Filip Ratmerin Londonun “Old Truman Brewery” qalereyasında, azərbaycanlı məcburi köçkünlərin portretlərindən ibarət “Evə aparan beş yol” adlı sərgisinin açılışında dostluq qrupunun səkkiz üzvü də iştirak edib.
Tehsil-press.az