Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsi olan “Mənim məktəbim” layihəsinə start verilir.
Layihənin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymaqdan ibarətdir.
Məktəb direktorları layihədə mövcud reallığı əks etdirən, məktəblərin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal, şəxsi fəaliyyətlərinə və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələrlə iştirak edə bilərlər. Onlar həmçinin, layihə çərçivəsində pedaqoji və rəhbərlik fəaliyyətləri, şəxsi metod və təcrübələri əsasında təhsil sisteminə verə biləcəkləri töhfələri geniş ictimaiyyətə çatdırmaq imkanına malikdirlər.
Məktəb direktorları məqalələri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
BŞTİ-nin Mətbuat Xidməti